Lavrov: "Rusiya hazırda Avropa ilə ünsiyyət qurmaq niyyətində deyil"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın hazırda Avropa ilə ünsiyyəti zəruri hesab etmədiyini bildirib.
Yenicag.az xəbər verir ki, Lavrov bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda verdiyi müsahibədə danışıb.
“Onlarla ünsiyyət qurmaq niyyətimiz yoxdur”, – Lavrov qeyd edib.












