Lavrov və Misir XİN rəhbəri Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

media-hightechnic-468x90

Rusiya xarici işlər naziri Sergey Lavrov və Misirli həmkarı arasında telefon danışığı olub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Bədr Abdel Ati Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək, Fars körfəzi bölgəsində uzunmüddətli və dayanıqlı böhranın həlli üçün danışıqlar prosesinin bərpasının vacibliyini vurğulayıblar.

“Rusiya və Misir xarici siyasət idarələrinin rəhbərləri ABŞ və İsrailin İrana qarşı təcavüzü nəticəsində yaranmış Yaxın Şərqdəki mövcud vəziyyəti ətraflı müzakirə ediblər. Onlar bölgədəki bütün dövlətlərin qanuni maraqlarını nəzərə almaqla, Fars körfəzi böhranının uzunmüddətli və dayanıqlı həlli üçün danışıqlar prosesinin tezliklə bərpa edilməsinin zəruriliyini vurğulayıblar.”

Telefon danışığı Misir tərəfinin təşəbbüsü ilə baş tutub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05