Lavrov və Tillerson arasında telefon danışığı olub

media-hightechnic-468x90

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Söhbət zamanı mayın 10-11-də Ferbenksdə Arktik Şuranın toplantısı çərçivəsində görüşə dair razılıq əldə edilib, eləcə də ikitərəfli əlaqələrin bəzi məsələlərinə toxunulub.

“Danışıq zamanı həmçinin Rusiya-ABŞ təmaslarının təqvimi müzakirə edilib. Tərəflər arasında həmçinin mayın 3-4-də Astanada Suriya üzrə görüş barədə qısa fikir mübadiləsi aparılıb”, məlumatda deyilir.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa