Leninin mavzoleyinə molotov kokteyli atıldı - 1 nəfər saxlanıldı

media-hightechnic-468x90

Moskvada Leninin mavzoleyini yandırmağa cəhd edən şəxs saxlanılıb.

Yenicag.az “Meduza”ya istinadən xəbər verir ki, iyulun 17-si axşam saatlarında Moskvada bir nəfər Qızıl Meydandakı Leninin məqbərəsinə molotov kokteyli atıb.

Yanğın törədən şəxs polis tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılan şəxs Çitadan olan 37 yaşlı Konstantin Staçukovdur.

Onun barəsində polis əməkdaşlarına tabe olmaması ilə bağlı protokol tərtib edilib. Yanğın törədən şəxsin motivləri barədə hələlik məlumat yoxdur. Məqbərəyə ziyan dəyməyib, lakin səkiyə molotov kokteyli düşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa