Lənkəran sakinini bıçaqlayan şəxs tutulub

media-hightechnic-468x90

1412400264_hebs9Lənkəranda bir neçə gün öncə baş vermiş cinayətin üstü açılıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri sayəsində rayonun Göyşaban kənd sakini, 23 yaşlı Elmar Şamil oğlu Quliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən şəhər sakini Rövşən Axundzadə isti izlərlə yaxalanıb.

Qeyd edək ki, bıçaqlanma hadisəsi fevralın 5-də günorta saatlarında qeydə alınıb. Naməlum şəraitdə kürək nahiyəsindən və qarın boşluğundan 3 bıçaq zərbəsi alan Elmar Quliyev ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq, dərhal cərrahiyyə əməliyyatına götürülüb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilmiş E.Quliyevin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600