!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkərana və Füzuliyə yeni hərbi prokuror təyin edildi

!Reklam – Yazi

Lənkərana yeni hərbi prokuror təyin edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Baş prokurorun əmri ilə ədliyyə polkovniki Əhmədov İmran Ələsgər oğlu Lənkəran hərbi prokuroru vəzifəsinə təyin olunub. İ.Əhmədov bundan əvvəl Bakı hərbi prokuroru vəzifəsində çalışıb.

Baş prokuror Zakir Qaralovun daha bir əmri ilə ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Lənkəran rayon hərbi prokuroru vəzifəsindən azad edilərək Füzuli hərbi prokuroru vəzifəsinə təyin olunub.

Respublika hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev hər iki faktı Trend-ə təsdiq edib.

 

www.yenicag.az

1003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv