Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.
Bu barədə Yenicag.az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat xidmətindən bildirilib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
www.yenicag.az