Tramp İsraili Livana qarşı yeni hücumlardan çəkindirəcəyini bəyan etdi
ABŞ Prezidenti Donald Tramp İsraili Livana qarşı yeni hücumlar həyata keçirməkdən imtina etməyə razı salacağını bəyan edib.
Yenicag.az xəbər verir ki, D.Tramp bu barədə “Axios” jurnalistlərinin sualını cavablandırarkən deyib.
“Burada təəccüblü heç nə yoxdur. Onlar mənə çox hörmət edirlər və dediklərimi yerinə yetirirlər”, – deyə Tramp bildirib.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, yəhudi dövləti “Hizbullah” təşkilatınıın hərbi qüvvələrinin istənilən hücumuna cavab verəcək. O, həmçinin İsrail qoşunlarının Cənubi Livanı tərk etmək niyyətində olmadığını vurğulayıb.
Daha sonra “Reuters” agentliyi ABŞ-dəki mənbəyə istinadən xəbər verib ki, İsrail və “Hizbullah” Bakı vaxtı ilə saat 17:00-dan etibarən atəşkəs barədə razılığa gəliblər.













