Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Lənkəranda keçmiş məhkumlar saxlanıldı - Həbs

Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş Lənkəran rayonunun Liman şəhər sakini Azər Məlikov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı 3 bükümdə, 3 qrama yaxın çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb. A.Məlikova narkotik vasitəni satan şəxsin Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Səlimov olduğu müəyyən edilib və o polis əməkdaşları tərəfindən saxlanılıb. V.Səlimovun üzərindən və yaşadığı evdən 2 bükümdə ümumilikdə 130 qrama yaxın narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

530
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100