!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Lənkəranda tiryəkxana aşkarlandı - SAXLANILANLAR VAR

!Reklam – Yazi

Lənkəranda evdə tiryəkxana təşkil edən şəxs və digər narkotik istifadəçiləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Həsənovun evində tiryəkxana təşkil etməsi barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib. Evə baxış zamanı oradan 2 kiloqrama yaxın tiryək, 1,4 qramdan artıq heroin, metamfetamin, elektron tərəzi və 22 ədəd şpris aşkar edilərək götürülüb.

Orada narkotik qəbul edən şəhər sakinləri H.Əliyev, K.Abdullayev, T.Axundov və əvvəllər məhkum olunan – M.Qasımlı, İ.Gülağazadə, Ə.Həbibov, E.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 10 qrama yaxın heroin götürülüb.

www.yenicag.az

912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv