Lənkəranın bir hissəsində işıq olmayacaq

media-hightechnic-468x90

Bu gün Lənkəran şəhərinin bəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Yenicag.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsində 10 kV-luq elektrik xəttində aparılan təmir işləri ilə əlaqədar dekabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Saat 10:00-dan saat 14:00-dək şəhərin 20 Yanvar, Mirsalayev, Şəkər Aslan, Müzəffər Nəsirli, Hacılar, Elnur Talıbov, Şeyx Zahid küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600