Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Lerik sakinini öldürüb evin zirzəmisində basdırdılar - Lənkərana toya getmişdi

İtkin düşmüş Lerik rayon sakinin qətlə yetirildiyi məlum olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Veri kənd sakini, 1979-cu il təvəllüdlü Mirisaq Yədulla oğlu Babayev martın 16-da Lənkəranda yerləşən restoranlardan birində yaxın qohumlarının toy məclisində iştirak edib. Oradan çıxdıqdan sonra isə geri qayıtmayıb. Aparılan axtarış tədbirləri nəticəsində onun öldürüldüyü məlum olub. M. Babayevin meyiti Lənkəran rayonunun Aşağı Nüvədi kəndində aşkar edilib. Onu həmin kənd sakini 44 yaşlı Təbriz Əliheydər oğlu Dadaşov qətlə yetirərək yaşadığı evin zirzəmisində basdırıb.

Hazırda M. Babayevinin meyitinin basdırıldığı yerdən çıxarılması üçün iş aparılır. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil veriləcək.

Qeyd edək ki, qətl hadisəsini törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. M. Babayev ailəli olub və iki qızı, bir oğlu var.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

1289
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS