Lerikdə gənc çayda boğuldu

media-hightechnic-468x90

lLerik rayonunda bədbəxt hadisə baş verib. Lerik Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən verilən məlumata görə, hadisə saat 16.30 radələrində Lənkəran-Lerik şosesinin 27-ci kilometrliyi ərazisində qeydə alınıb.

Füzuli rayonunun Şıxlı kənd sakini, 1990-cı il təvəllüdlü Şamxal Nuşirəvan oğlu Cəfərov “Xəzər” istirahət mərkəzinin yaxınlığından keçən çayda çimərkən boğulub. Onun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ş.Cəfərovun Lerik rayonuna istirahətə gəldiyi bildirilir.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa