Leyla Əliyeva: “Axır anlamışam ki, …“
Yazıçı-publisist Mahir Qabiloğlunun tərcüməsində Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirini təqdim edirik:
Sevgi, dostunu tanı,
Nifrətə ürək vermə.
Qarşısında diz çöküb,
Özünü təhqir etmə.
Sevgi, sənin sevgi tək,
Ülvi məhəbbətin var.
Hər şeyə qalib gələr
Sevgi olsa sənə yar.
İrəli get, büdrəmə
İnciklik görən kimi.
Gözlərini yum həmən,
Qısqanclıq kor edərsə,
Bunun yoxdur həkimi.
Gözlərini heç yumma,
Yaxşı, sən deyən olsun.
Qoy bu yolda həmişə,
Sevgi səni qorusun.
Ağlın olsun, ay sevgi,
Qürura inanarlar?
O arada lay divar,
Bərk vur, tökülsün daşlar.
De, kiminçün oynayırsan
Uşaq-muşaq oyunu,
Artist də sən, əl çalan da,
Ay özünün vurğunu.
Bil ki, sevgi hər zaman,
Xoşbəxtdən də xoşbəxtdir,
Sənsə ondan hürkürsən
Ondan qorxan bədbəxtdir.
Bil, nə qədər uçarsan
Ümidlər qanadında,
Nifrət geri çəkilər
Sevginin qabağında.
İstəyirsən bu sevgi
Tükənib, heç bitməsin?
Günəş batsın, yerini,
Heç vaxt Aya verməsin?
Bunun heç mümkünü yox,
Gün keçib Ay çıxmalı.
Qaranlıq gecələrdə
Arzular boy atmalı.
Ağlama, yalvarıram,
Sevgi, sən mənə inan,
Ağlamağın gecələr,
Məni kövrəldir yaman.
Ay, ulduzu istəməm,
Anladın ki, nəhayət ,
Mənə bircə şey lazım,
Sevgi, ülvi məhəbbət.
Nifrətə dost deyirsən.
Sevgi, görəsən niyə?
Ürəyim sənin deyil,
Kinlisən buna görə?
Sevgi səni tanıyanı,
Məni başdan etmisən.
Axır anlamışam ki,
Məni sən xəlq etmisən.