Leyla Əliyevadan təbrik mesajı: “Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan!” – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “İnstagram” hesabında anası, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günü ilə bağlı paylaşım edib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Ad günün mübarək, sevimli anam! Sən mənim həyatımda ən yaxşı və ən vacib insansan! Allah bütün analara cansağlığı və xoşbəxtlik bəxş etsin! Hamınıza xoş sözlərə və arzulara görə təşəkkür edirəm”.