Leysan faciəyə səbəb oldu

media-hightechnic-468x90

siaphoto_449024İndoneziyada leysan yağışları səbəbindən baş verən sürüşmə nəticəsində bir çox yaşayış məntəqələri zərər görüb, ən azı 11 nəfər həlak olub. Sürüşmə nəticəsində Yava adasında yerləşən Cemblun kəndi palçıq və daş yığını altında qalaraq tamamilə məhv olub. Kəndin yüzə yaxın sakini itkin düşüb.

Yollar dağıldığından bəzi yaralılara tibbi yardım hadisə yerində göstərilib.

İtkin düşənlərin axtarışı üçün yüzlərlə xilasedici cəlb olunub. Lakin ağır texnika və avadanlıq çatışmadığından axtarışlar ləng gedir. Yolların yararsız hala düşməsi, elektrik enerjisi xətlərinin sıradan çıxması və pis hava şəraiti də xilasetmə işlərinin aparılmasını çətinləşdirir.

Sürüşməyə məruz qalan ərazilərdən yüzlərlə insan təxliyə olunaraq müvəqqəti sığınacaq mərkəzlərində yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa