Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“LİBRAFF” Bakının mərkəzində daha iki mağaza açır - AÇIQLAMA

“Bəzi saytlarda gedən informasiyalarda qeyd olunduğu kimi “LİBRAFF” kitab mağazaları şəbəkəsi bağlanmır, əksinə şəhərin mərkəzi hissəsində daha iki mağazamız açılır”.

Yenicag.az xəbər verir ki, bu açıqlamanı “LİBRAFF” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu verib. O, bildirib ki, yalnız “Bravo” marketlər şəbəkəsində yerləşən iki “LİBRAFF” mağazasının fəaliyyəti dayandırılıb. İki filialın bağlanması “LİBRAFF”ın yeni strategiyasına əsasən baş tutub:

“”LİBRAFF” bağlanmır. Yalnız “Bravo” marketin tərkibində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu, biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq”.

Yayılan məlumatlarda o da qeyd olunub ki, bu yaxınlarda LİBRAFF-ın daha bir neçə mağazası bağlanacaq. Məsələyə münasibət bildirən Cəlalə Nəzəroğlu onu da qeyd edib ki, bu, kökündən yanlış olan məlumatdır.

“Yuxarıda da qeyd etdiyimiz kimi “LİBRAFF” mağazalarını genişləndirməkdə davam edəcək. Odur ki, məlumatı yayarkən rəsmi açıqlamanın alınması da arzuolunandır. Bu həm peşəkarlıq baxımından önəmlidir, həm də xəbərin daha düzgün formada çatdırılmasına imkan yaradır”.

www.yenicag.az

230
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM