!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Liman sakini 1,5 kq heroinlə saxlanıldı – FOTO

!Reklam – Yazi

Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv