“Liverpul” futbol üzrə İngiltərə çempionatının 27-ci turunda evdə “Arsenal”ı 3:1 hesabı ilə məğlub edib.
Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, qalib komandanın heyətində Roberto Firmino (9-cü dəqiqə), Sadio Mane (40) və Corcino Veynaldum (90) fərqlənib.
Qonaqların yeganə qolunu Denni Uelbek (57) vurub.
Qələbədən sonra “Liverpul” 52 xal toplayaraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Arsenal” 50 xal ilə 5-ci yerdədir.
Yeniçağ.Az