!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Londonda Azərbaycan icmasının üzvləri ilə görüş keçirildi - FOTOLAR

Reklam: Sinerji Pro

London şəhərində Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib.

Bu barədə Yenicag.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, görüşdə soydaşlarımızla yanaşı, Türk Okullar Dərnəyinin rəhbəri və türk icmasının nümayəndələri də iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, müharibə dönəmində və ötən bir il ərzində ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə Londondakı Azərbaycan icmasının üzvlərinə minnətdarlığını bildirib.

Son illər müxtəlif ölkələrdə, o cümlədən Birləşmiş Krallıqda Azərbaycan diaspor nümayəndələrinin təşkilatlanmasında, yerli cəmiyyətə inteqrasiyasında, mədəniyyət, təhsil və sosial vəziyyətlərində irəliləyiş müşahidə olunduğu, lobbiçilik istiqamətində ölkəmizə faydalı olacaq addımlar atıldığını vurğulanıb. Azərbaycan dövlətinin diaspor siyasəti, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komitəsinin həyata keçirdiyi və nəzərdə tutduğu layihələr, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin yaradılması, qarşıda duran hədəflər və vəzifələr barədə müfəssəl məlumat verilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə, diaspor nümayəndələrinin Şuşaya səfərlərinə, Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş videoçarxlar nümayiş olunub.

Dörd saata yaxın davam edən görüşdə 30 nəfər icma üzvü çıxış edərək, diaspor fəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə daha geniş şəkildə çatdırılması üçün gələn ilki fəaliyyət planı ilə bağlı təkliflərini səsləndirib, diaspor nümayəndələrinin Şuşaya səfərlərinin təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Görüşdən sonra Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvləri ilə toplantı keçirilib.

www.yenicag.az

166
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100