!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Lotu Quli" cinayətində YENİ DETALLAR: Qatil hadisənin detallarını danışdı

!Reklam – Yazi

Ötən il İstanbulda qətlə yetirilmiş “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı başında yaşanan insidentin detalları məlum olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı məlumat Bakırköy Prokurorluğu tərəfindən hazırlanan istintaq materiallarında öz əksini tapıb.

Qeyd edilir ki, yanvarın 17-də “Lotu Quli”nin məzarı başında görüşən Əli Həşimov və Kənan İmanzadə arasında yaşanan mübahisə birincinin ölümü ilə nəticələnib.

Kənan İmanzadə ifadəsində Rusiyadan ona bir dostunun zəıng etdiyini və Kənanın onu öldürmək istədiyini xəbər verdiyini deyib:

“Bu məsələni danışmaq üçün mənəvi qardaşı hesab etdiyi Nadir Səlifovun məzarı başına getdik. Əli ilə mübahisə etdik, onu itələyərək yerə yıxdım. Daha sonra ayağa qaldırıb onu qucaqladım. Silahı Əliyə verdim ki, havaya atəş açıb hirsini boşaltsın. Amma Əli silahı gicgahına dayadı. Silahı əlindən almaq istəyəndə atəş açıldı və mən qolumdan yaralandım”.

Ancaq araşdırma nəticəsində bəlli olub ki, Kənan İmanzadə Əli Həşimovu başından vuraraq öldürüb. Toplanmış istintaq materialları ilə birgə Kənan İmanzadə haqqında “Qəsdən adam öldürmə” və “Qeyri-qanuni yollarla silah və güllə almaq və ya yanında gəzdirmə” maddələrilə təqsirləndirilərək haqqında ömürlük həbs cəzası verilməsi tələb edilib.

www.yenicag.az

2108
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv