Reklam

Reklam

DSC_1605“Maarifçi Qadınlar” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Maliyyə Dəstəyi ilə “Ailədə qadının təhsil səviyyəsinin, uşaqların tərbiyəsinin və təhsilinin düzgün istiqamətləndirilməsi prosesində rolu” mövzusunda layihəni həyata keçirir.

Həmin layihə ilə bağlı 5 iyun 2015-ci ildə saat 11:00-da Xaçmaz rayonunda “Cəmiyyətin gələcəyi təhsilli analardan asılıdır” mövzusunda seminar keçirilib. Seminarda “Maarifçi Qadınlar” İctimai Birliyinin Sədri Şərqiyyə Məmmədova layihə haqqında məlumat verib, qarşıya qoyulan məqsədlərdən danışıb, cəmiyyətin gələcəyini təhsilli qadınlardan asılı olduğunu diqqətə çatdırıb.

Seminarda Xaçmaz rayonu İcra hakimiyyətinin məhsul şəxsləri, təhsil işçiləri, məktəb direktorları və bir çox dövlət təşkilatçılarının nümayəndələri iştirak edib. Tədbirdə Çarxı, Qaraçı, Hülövlü, Qalağan kəndlərinin məktəb direktorları çıxış edərək müəyyən səbəblər üzündən bəzi uşaqların təhsildən kənarda qalmasının səbəblərini təhlil edib və çıxış yollarını göstəriblər.

Qalağan kənd məktəbinin direktoru Cavanşir Rəsulov bildirib ki, onların məktəbləri 9 illikdir. 9-cu sinifi bitirən şagirdlər başqa kəndlərdə tam orta təhsil almaq üçün müəyyən çətinliklərlə qarşılaşırlar, ona görə də, təxminən 5 faizə yaxın şagird tam orta təhsil ala bilmir, onlar bu məsələnin həll edilməsini arzu ediblər.

Tədbirdə Çarxı kənd orta məktəbinin direktoru Oqtay Qurbanov, Hülövlü kənd məktəbinin direktoru Rafiq Balayev, Qaraçı kənd orta məktəbinin direktoru Kəmaləddin Ağabalayev çıxış edərək mövcud problemləri təhlil edib və çıxış yolunun tapılması üçün aidiyyati təşkilatlarla birgə bu problemlərin aradan qaldırılmasını xahiş ediblər.

Seminar iştirakçıları, hər biri ayrı-ayrılıqda öz fikirlərini bildirərək qeyd etdilər ki, Dövlət uşağını təhsildən yayındıran valideynlər haqqında cəza tədbirləri həyata keçirməlidir. Hər kəs başa düşməlidir ki, uşaq tək onun deyil, həm də cəmiyyətindir.

Yekunda “Maarifçi Qadınlar İctimai” İB və digər təşkilatların nümayəndələri davamlı olaraq uşaqlarını təhsildən yayındıran ailələrlə görüşməyi, onlara maarifləndirici tövsiyyələrini verməyi bir vətəndaş borcunun olduğunu özlərinə öhdəlik kimi qəbul ediblər.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4143
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."