Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Madagizi Suqovuşana çevirən general Hikmət Həsənovun DOĞUM GÜNÜ

Bu gün Murov-Ağdərə istiqamətində gedən döyüşlərdə Ordumuzu qələbəyə aparan, Qarabağın ən strateji nöqtələrindən olan Madagizi (Suqovuşan) işğaldan azad etməklə adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə həkk edən general-mayor Hikmət Həsənovun  doğum günüdür.

Yenicag.az xəbər verir ki,  Hikmət Həsənov 1975-ci il oktyabrın 9-da Füzuli rayonunun Pirəhmədli kəndində dünyaya göz açıb. Hələ orta məktəbdə oxuduğu vaxt hərbçi olmağa qərar verən Hikmət Həsənov məktəbi bitirdikdən sonra, 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Elə həmin il ərizə yazaraq təhsilini yarımçıq qoyub və könüllü olaraq, doğma kəndində düşmənə qarşı vuruşub.

1993-cü ildə Tərtərdə “N” saylı hərbi-hissədə tağım komandiri olan H.Həsənov tabor komandiri vəzifəsinə kimi yüksəlib.

2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nangin quru qoşunları ali hərbi akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə 1-ci bitirib, xüsusi döş nişanı ilə təltif olunub. 2003-cü ildə vətənə qayıdaraq Qazaxda “N” saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini təyin edilib, bir neçə ay sonra Tovuzda “N” saylı briqadanın qərargah rəisi kimi xidmətinə davam edib.

2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə briqada komandiri vəzifəsinə təyin olunub. Bu gün də həmin post Şəhid Dilqəmin adını daşıyır.

2005-2008-ci illərdə Gəncədə “N” saylı briqadanın komandiri kimi xidmətini davam etdirib, 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə Akademiyanı fərqlənmə ilə bitirib.

Elə həmən il Pirəküşküldə NATO ilə tərəfdaşlıq müqaviləsinə görə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub.

İngilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilən cəsur həmyerlimiz NATO-nun Türkiyədə, Hollandiyada, Almaniyada müxtəlif kurslarını keçib.

2013-cü ildə təhsilini Almaniyada davam etdirib. NATO əməliyyat planlaşdırması kursunu keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi fəaliyyət göstərib. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin sərəncamı ilə yeni yaranan, strukturu yenidən qurulan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi təyin edilib. 2014-cü il iyunun 26-da Silahlı Qüvvələrin yaranmasının 96-cı ilində Ali baş komandanın sərəncamı ilə ona general-mayor rütbəsi verilib.

2014-cü il dekabrın 28-də Ali baş komandanın sərəncamı ilə Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan “N” saylı birləşmənin komandiri təyin olunub. 2015-2017-ci illərdə Ağdam-Tərtər-Goranboy istiqamətində düşməni ağır itkilərə məruz qoyub.

2016-cı ildə aprel döyüşlərində cəbhənin 3 istiqamətində – Ağdam-Tərtər-Goranboy cəbhəsindəki döyüşləri idarə edib. Aprel döyüşlərində rəhbərlik etdiyi döyüşdə ordumuz ilə 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postuna dağıdaraq, 7 strateji yüksəkliyi düşməndən azad edib.

Doğum gününüz mübarək, cənab general!

 

www.yenicag.az

195