Venezuella prezidenti Nikolas Maduro ABŞ səfirinə ölkəni tərk etməsi üçün 48 saat verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Karakasdakı səfiri Tod Robinson Venezuella hökümətinə qarşı destruktiv hərəkətlərinə görə ölkədən qovulur. Dövlət televiziyasnda çıxış edən ölkə başçısı səfirin ABŞ-a qayıtmasını tələb edib.
Qeyd edək ki, səfir Tod Robinson 20 mayda keçirilən prezident seçkilərinin demokratik prinsiplərə uyğun gəlmədiyini söyləmişdi.