Maduro əmr verdi – Kolumbiya ilə sərhəd açılır

media-hightechnic-468x90

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhədlərin açılması əmrini verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Taçira ştatında Kolumbiya ilə sərhəd keçidlər bu gündən açılır.

“Biz müstəqilliyimizi və öz müqəddəratını təyin etmək hüququnu qoruyan sülhsevər xalqıq”, – Maduro qeyd edib.

Xatırladaq ki, Maduro bu ilin fevralında Kolumbiya ilə diplomatik və siyasi əlaqələrin kəsilməsi barədə qərar qəbul edib. Eyni zamanda kolumbiyalı diplomatlara 24 saat ərzində ölkəni tərk etmək əmri vermişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600