Maduro Trampa belə meydan oxudu: “4,5 milyonluq ordumuzla…”
Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-ın mümkün hücumuna qarşı Hərbi Hava Qüvvələrinə “hazır olun” tapşırığı verib.
Yenicag.az xəbər verir ki, Maduro paytaxt Karakasda keçirilən Bolivarcı Hərbi Aviasiyanın 105-ci ildönümü mərasimində iştirak edib və ölkəsinə qarşı artan ABŞ təhdidlərinə cavab verib.
Maduro, Venesuelaya qarşı ehtimal olunan hücum təhlükəsinə qarşı Hərbi Hava Qüvvələrinə “hazır olun” göstərişi verib.
Təxminən 17 həftədən bəri müxtəlif təhdidlərə məruz qaldıqlarını vurğulayan Maduro, ölkəsinin şərəf və müstəqilliyindən güzəştə getmədən yoluna davam etdiyini bildirib:
“Bu gün Venesuelada xalqımızı qorxudacaq heç bir təhdid və ya təcavüz yoxdur. 4,5 milyonluq ordumuzla istənilən düşməni darmadağın etməyə qadirik”.
Cavanşir












