İsrailin bu qərarı Türkiyəni ayağa qaldırdı: Rəsmi Ankara fakt qarşısında! – “Ya radikal cavab, ya da…”

media-hightechnic-468x90

 

media-banner_tkm

“İsraildə qəbul olunmuş son qərar Türkiyəni fakt qarşısında qoyur.”

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirib.

Politoloq qeyd edib ki, Türkiyə hazırda yol ayrıcındadır:

“İsrailin son qəbul etdiyi qərar ürəkaçan qərar deyil. Halbuki bu qərar Azərbaycan nöqteyi-nəzərindən xarici siyasətdə yeni çağırışlara səbəb ola bilər. Qlobal arenada baş verən münaqişələrin səngiməsi istiqamətində atılan addımların təsirsiz olması fonunda İsrail parlamenti istəmədən daha bir böyük ölkəni münaqişəyə və ya yeni gərginliklərə sürükləyə bilər. İsrail tərəfi bu qətnaməni qəbul etməklə özünün xarici siyasətindəki yükünü artırmış oldu. Türkiyə bu vaxta qədər istər İsrail, istər İran məsələsində maksimum təmkin nümayiş etdirərək, tərəfsiz görünməklə hansısa ölkə ilə düşmən olmaq istəmirdi. İsraildə qəbul olunmuş son qərar Türkiyəni fakt qarşısında qoyur. Türkiyə indi məcburdur ki, öz milli maraqlarını, öz hüquqlarını qorumaq üçün bu qərara qarşılıq versin. Bu qarşılıq birbaşa hərbi müdaxilə deyil, siyasi anlamda bölgədəki maraqlarının müdafiə olunmasıdır. Bu isə xarici siyasətdə ciddi problemə yol açacaq. Türkiyə daha radikal cavab vermək variantını seçərsə, Yaxın Şərqdə qanın durmadığı vaxtda rəsmi Ankaranı da bu və ya digər formada problemin iştirakçısına çevirəcək.”

Politoloq qeyd edib ki, bu qərardan sonra Azərbaycan İsraillə münasibətlərə toxunmayacaq:

“Azərbaycan İsrailə qarşı Türkiyənin radikal addımında hər hansı yer almayacaq. Azərbaycan bütün tərəflərlə bərabərhüquqlu, dinc münasibətlər qurmağı hədəfləyir. Azərbaycan bütün ölkələrlə eyni formada faydalı münasibətlər sistemi qurub və bu sistemi pozmaq Azərbaycan üçün maraq dairəsində deyil. Nəzərə almaq lazımdır ki, İsraildə qəbul olunan bu qərar tarixə xəyanətdir, həm də dövlətlərin suveren hüquqlarına ziddir. Açıq-aydın bəllidir ki, İsrail bu qərarı Türkiyəyə qarşı təzyiq etmək üçün qəbul edib və məqsəd onları İsrailmeyilli siyasi qərarlar verməyə məcbur etməkdir. Düşünürəm ki, bu uğurlu olmayacaqdır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05