Şagirdlərin məktəbə telefon gətirməsi qadağandır?

media-hightechnic-468x90

 

media-banner_tuq

 

Elm və təhsil naziri Emin Əmrullayev məktəbəhazırlıq qrupları və ümumtəhsil məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsinə qoyulan məhdudiyyətlərə aydınlıq gətirib.

Nazir bu barədə ADA Universitetində təşkil olunan “Sertifikatlaşdırma 2026: Səriştəli Müəllim – Keyfiyyətli Təhsil” adlı tədbirin sual-cavab hissəsində danışıb.

Emin Əmrullayevin sözlərinə görə, əsas qadağa şagirdlərin dərs müddətində telefondan istifadə etməsi ilə bağlıdır:

“Məktəblərdə smartfonlardan istifadə onsuz da əvvəllər də qadağan idi, lakin şagirdlərin telefonu özləri ilə məktəbə gətirməsinə icazə verilirdi. Bu, bizim əvvəlki qaydamızdır. Buradakı əsas məqam dərs zamanı telefondan istifadənin yolverilməzliyidir. Yəni şagird cihazı özü ilə gətirə bilər, lakin dərs vaxtı onunla danışmaq və ya oynamaq olmaz.”

Nazir bildirib ki, hətta smartfon olmayan dövrlərdə də şagirdlərin telefonla oynamaq və ya danışmaq ehtimalı var idi və bu proses mütləq tənzimlənməlidir:

“Müəllimin bu cür hallarda necə davranacağı konkret qaydalarla müəyyən olunmalıdır. Əgər tənzimləmə yoxdursa və müəllim sadəcə istifadəni qadağan edirsə, prosesin mexanizmi qaranlıq qalır. Əsas məqsəd şagirdin dərs prosesində telefondan uzaq durmasını təmin etməkdir.

Əgər hər hansı təcili və ya çıxılmaz vəziyyət yaranarsa, şagird icazə alıb sinifdən çıxa bilər, bu fərqli bir məsələdir. Bizim toxunduğumuz əsas problem dərsin gedişatına mane olmaq və dərs zamanı smartfonla vaxt keçirməkdir.”

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05