!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mafiya-bir ananın fəryadı və ya komissar Kataniya kim idi?

!Reklam – Yazi

10923295_10202356692398046_3622054928894851893_n

 Yeniçağ.az mafiya, kriminal qruplaşmalar və onların yaranma tarixi ilə bağlı silsilə yazılara start verir.

İlk yazıda oxucularımıza mafiya və onun yaranma tarixi barədə danışacağıq.

Beləliklə, tanınmış jurnalist Amil Hacıyevin qələmindən MAFİYA GERÇƏKLƏRİ…

 Mafiya-yaranması və inkişafı

Heç bir mütəxəssis mafiyanın dəqiq yaranma tarixini müəyyənləşdirə bilmir.

Mafiya adının yaranması ilə bağlı bir neçə versiya irəli sürülür. Birinci versiyaya əsasən mafiya sözü siciliyalıların vətənpərvər şüarı olub.

Digərləri isə iddia edir ki, bu sözün kökü Ərəbistanda hansısa adanın adından götürülüb. Üçüncü versiyaya görə isə, mafiya adı övladını itirmiş ana haqqında çifdən götürülüb.

 

league87019_32_logoMafiyanın mənşəyi ilə bağlı əsas versiyalar

10435926_10202644187225237_3426610173754999316_nMütəxəssislərin iddiasına görə, mafiya termini XIII əsrə gedib çıxır. Bu əsrdə siciliyalılar işğalçı fransızlara qarşı azadlıq mübarizəsi apaırdı. Mübarizənin şüarı sə belə idi – Fransaya ölüm, yaşasın İtaliya (Morete Alla Francia, Italia Anela). Mütəxəssislər məhz bu şüarın baş hərflərindən mafiya termininin yazrandığını iddia edirlər. İlk vaxtlar mafiya qan bağları ilə birləşən ailələrdən ibarət olurdu. İndiki mafiyalardan fərqli olaraq onların məqsədi başqa idi.

Digər araşdırmaçıların iddiasına görə isə, mafiya sözü IX əsrdə yaranıb. IX əsrdə ərəblər Siciliyanı işğal edirlər. Ərəb dilində isə bu söz maf(f)ja yəni “xilas olmaq üçün yer” mənasını verir.

Siciliyalılar işğalçılara qarşı birləşərək xüsusi qruplar –mafiyalar yaradır. XI əsrdə Siciliyanı vikinqlər işğal edir. Siciliyalılar xilası yenə mafiyada görür. XV əsrdə isə bu dəfə adanı ispanlar işğal edir. Azadlıq mübarizəsi aparan siciliyalılar mafiyalarda birləşir.

 Əfsanələr 

Silahlı Siciliya qruplaşmaları yalnız 1862-ci ildə vahid təşkilat altında birləşməyə başlayır. Buna səbəb isə Siciliyada feodolizm quruluşunun ləğvi səbəb olur. Mafiya hesab edirdi ki, bu qanun layihəsi Şimali İtaliyanın onlara olan nifrətinin təzahürüdür. Beləliklə Siciliyada mafiya formalaşır.

 Digər bir əfsanəyə görə, 1282-ci ildə pasxa bayramı günü bir fransız əsgər siciliyalı gənc qızı zorlayır.  Qızın anası isə tükürpədici fəryadla küçədə “Ma fia! Ma fia!” mənim qızım deyərək fəryad edir.  Bu hadisə Siciliyada böyük üsyana səbəb olur.  Üsyançılar bir-birini “Ma fia” qışqıraraq xəbərdar edir.

typegun_smalljpegMafiyanın öz versiyası

Siciliya mafiyası isə yaranma  tarixini 1185-ci ildən hesablayır. Onlar Müqəddəs Fransisk di Paolonun yaratdığı sektanı özlərinin ilk təşkilatı kimi qəbul edir. XVII əsrdə sektanın üzvləri Palermoda mağaralarda məskumlaşmışdılar. Onlar gecələr müxtəlif ayinlər icra edir, gündüzlər isə hüququ pozulmuş kasıb təbəqəni müdagiə edirdilər.

Mafia sənədlərdə

Mafiya sözünə sənədlərdəilk dəfə 1658-ci ildə rast gəlinir. Mafiya magiya ilə məşğul olan qadınlar birliyi kimi təqdim olunur. Daha sonra isə kriminal elementləri özündə ehtiva edən qruplaşma kimi xarakterizə olunur.

1838-ci ildə mafiya sözü özünün hazırki statusunda işlənmirdi. Həmin vaxt İtaliyanın baş prokuroru olmuş Trapani Don Pyetro yazırdı ki, istənilən sahədə çalışanlar öz hüuqları pozulan kimi mafiyanın müdafiəsinə arxalanırdı. Həmin dövrdə kriminal qruplaşmalarla əlaqəsi olmayan yox idi. Sektalar şəklində birləşən qardaşlıq qrupları heç kimə hesabat vermədən fəaliyyət göstərirdilər. Onlara isə kahinlər başçılıq edirdi. Qruplaşmalarım ümumi yığıncağı yalnız kimisə cüzvlükdən şıxaranda və ya qəbul edəndə keçirilirdi. Xalq artıq bu cinayətkar qruplaşmalara açıq-aydın yardım edirdi.

Varlı təbəqə isə mafiyadan qoruyucu kimi istifadə edirdi. Onların külli miqdarda əmlakı oğurlananda mafiyanın vasitəsilə onları geri qaytarırdı.Artıq XIX əsrdə Siciliyada mafiya at oynadırdı.

Mafiya sözünün kütləvi istifadəsi

1862-ci ildə mafiya sözü italiyalı yazıçı Cüzeppe Rizuutonun “Vikariyada mafiya” (Vikariya Palermoda həbxana idi) pyesində çəkilir. Digər versiyaya görə, mafiya sözü ilk dəfə Palermonun meri markiz Filipo Qvalterionun hesabatında çəkilir. O nazirə yazdığı hesabatda bildirir ki, mafiya(cinayə11043064_10202644187105234_8427560254322053604_ntkar qruplaşmalar) artıq bütün cəmiyyəti nəzarət altına alıb. Onlar hüquq-mühafizə orqanlarından çox gücə və təsirə malikdir.

Mafiya sözünün daxil olduğu ilk lüğət isə 1868-ci ildə tərtib olunub. Bu lüğətdə mafiya sözü kasıb təbəqə kimi izah olunurdu

Mafiya nədir?

Hətta İtalyanın özündə belə mafiyanın necə yaranması ilə bağlı dəqiq təsəvvür yoxdur. Bəziləri onu cinayətkar qruplaşma, bəziləri isə həyat tərzi kimi xarakterizə edir. Siciliya adət-ənənələrini araşdıran tədqiqatçı alim Cüzeppe Pitre yazır ki, mafiya nə cinayətkar qruplaşma nə də ki, kasıb təbəqə deyil. Mafiya üzvləri isə oğru, avara və, kasıb deyil. Mafiya həyat tərzi, mafiozlar isə müəyyən olunmuş tip insanlardır.

Mafiozlar

İndinin özündə də Siciliyada müstəqillik tərəfdarları kifayət qədərdir. Bir çox Siciliya sakinləri hesab edir ki, onlar italyan deyil, siciliya dilində danışırlar. Hakimiyyət isə burada mafiyaya qarşı acizdir. Çünki əhali mafiozları özününkü, məmurları isə Romadan göndərilən yadellilər kimi qəbul edir.

Yeni biznes perspektivləri

Siciliyada mafiya anlayırdı ki, biznes onların yeganə xilas yoludur. Onlar anlayırdılar ki, cinayətkar dəstələri tam məhv etmək olmaz, əksinə onları əllərində saxlamaqla varlı təbəqəni daima qorxu içində saxlaya bilərdilər. Bu dəstələr hesabına onlar külli miqdarda pul əldə edirdilər.

Cəmiyyətin yenidən qurulması

Artıq Siciliyada cəmiyyətin strukturunda ciddi dəyişikliklər baş verirdi. İri torpaq sahiblərini qeyri-leqal sahibkarlar- Donlar əvəz edirdi.

Siviliyaya təmiz aristokrat qanından olan şəxs deyil, mafiyanın başçısı idarə edirdi. Nafiya buna heç bir inqilab etmədən nail olmuşdu. Mafiyanın qələbəsində kəndlilərin müstəsna xidməti var idi. Onlar mafuya üçün bir növ yerlərdə olis xidməti göstərirdi. Mafiyaya tabe olmayan şəxsləri cəzalandırır, onların əmlakını talan edirdi. Beləliklə Siciliya mafiyası adada hökmranlıq etməy1907468_10202644187545245_4055621082601235366_nə başlayır Bəzi baronlar və iri torpaq sahibləri isə müəyyən haqq müqabilində əmlaklarını qoruya bilirdilər.   Məhz bu mafiya sonradan sərhədlərini genişləndirərək ABŞ, Rusiya və Çin kimi ölkələrə yayılacaqdı.

Siciliyada həmin dövrdə hər bir mafiya təşkilatının öz adı var idi. Ən məşhurları isə Birritti (papaqlılar), ManoFranterna (Qardaşlıq əli), Cudi Chaiatti (Hamar başlar) adlanırdı. Mafiyanın ümumi adı isə Kamorra idi.  Mərkəz olaraq mafiya özünə Neapol şəhərini seçmişdi.

Mafiyanın paytaxtı

Palermo həm Siciliyanın həm də mafiyanın paytaxtıdır. Bu şəhərdə Neapola nisbətən qarət halları çox az olur. Küçədə adi vətəndaşdan çox polisə rast gəlinir. Elə təəsürat yaranır ki, bu şəhərdə əksər gənclər polis olmaq üçün yetişir. Qalanları isə mafiyaya qulluq edir.

Mafiya  ilə mübarizə

Palermo aeroportu hazırda Falkone və Borsellinonun adını daşıyır. Onlar İtaliyada qəhrəman kimi qəbul edilir. Bu iki şəxs vaxtilə prokuror olaraq Siciliya mafiyasına qarşı amansız mübarizə aparan şəxslər olublar.

Məşhur komissar Kataniya obrazı ilə tanınan Falkone 1980 – ci ildə mafiyaya qarşı amansız mübarizəyə başlayır.1452592_10202644187745250_2424033113866241920_n

Falkone ilk olaraq həbs olunan mafiya üzvünü məcbur danışdıraraq onun andını pozdururdu.Bu isə artıq cinayətkar aləmdə ölüm demək idi. Falkone dövləti əmin etmişdi ki, mafiya əleyhinə ifadə verən şəxslərin ailəsi mühafizə olunsun. Bununlada o, mafiyadan xeyli adamın ələ keçirilməsinə nail olmuşdu. Falkone ümumilikdə 342 mafiya üzvünü 2665 illik türmə həyatına məhkum etmişdi.

Əlbətdə bütün bunlar mafiyanın ürəyincə deyildi. 1992-ci ildə Falkone həyat yoldaşı ilə birlikdə maşında partladılaraq qətlə yetirildi. Falkonenin ölümü höküməti hərəkətə keçirdi. Minlərlə mafia üzvü məhv edildi. Onların mülklərində baxça və məktəblər açıldı. Palermoda mafiyanın xaç atasının evi isə hazırda polis idarəsinin qərargahı kimi fəaliyyət göstərir. Falkonenin ölümü mafiyaya baha başa gəldi.MI0001666914

Amma bu mafiyanın sonu deyildi….

Növbəti yazıda Siciliya mafiyasının liderləri və onların amansız qan davasından söz açacağıq..

COP29

www.yenicag.az

1410
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv