İkinci Qarabağ müharibəsinin bitməsindən 5 il keçir

media-hightechnic-468x90

Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyanatın ildönümüdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdı.

44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib. Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər Azərbaycanın nəzarətinə qaytarıldı.

Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyi həll olundu.

Bu qələbədən iki gün sonra – noyabrın 10-da imzalanan Bəyanat 30 ilə yaxın davam edən münaqişəyə son qoyaraq bölgədə yeni reallıqların əsasını qoydu.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa