Fransa parlamentindəki müxalif “Milli Mitinq” fraksiyasının lideri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronun “inzibati dövlət çevrilişi” hazırladığını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə o, France Inter radiosunda açıqlamasında deyib.
Onun sözlərinə görə bu, Makronun partiyasının seçkilərdəki uğursuzluğu fonunda baş verəcək: “Respublika prezidentinin Olimpiya Oyunlarının sonuna qədər vəzifəsində qalmalı olmasına baxmayaraq, sabah, yəni ikinci tura dörd gün qalmış milli polisin baş direktorunun dəyişdirilməsi imkanlarına baxacağı ilə bağlı məlumatlar var. Bu cür tələsik təyinatların məqsədi müxalifətin ikinci turunda çoxluğu qazanacağı təqdirdə ölkəni inzibati çevrilişlə istədiyi şəkildə idarə etmək istəyidir”./unikal
www.yenicag.az