!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makron istefa verə bilər: Müzakirə gedir

!Reklam – Yazi

Fransa Prezidenti Emmanuel Makron komandası ilə parlament seçkilərində sağçılarının qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Avropa 1”(Europe 1) radiostansiyası mənbəyə istinadən məlumat yayıb.

“Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazırdır”, – radio Makronun yaxın adamlarından birinin sözlərinə istinadla bildirib.

İddia olunur ki, Makron son həftələrdə həmsöhbətlərindən biri ilə bu “ekstremal ssenari”ni müzakirə edib.

Qeyd edək ki, Avropa Parlamentinə keçirilən seçkilərdə sağçılara sarsıdıcı məğlubiyyətdən sonra Makron parlamenti buraxıb və növbədənkənar seçki təyin edib. Fransada növbədənkənar parlament seçkisinin birinci turu 30 iyunda, ikinci turu isə 7 iyulda keçiriləcək.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv