!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun qələbəsi AB-nin mövqeyini möhkəmləndirəcək - Ekspert rəyi

!Reklam – Yazi

Fransada prezident seçkilərinin bazar günü baş tutan ikinci turunda “İrəli” hərəkatının lideri Emmanuel Makron qələbə qazandı. Beləliklə, növbəti 5 ildə bu ölkəni o idarə edəcək. Qeyd edək ki, seçicilərin 66 faizi ona, 34 faizi isə ultrasağların lideri Marin Le Penə səs veriblər.

Yeniçağ.az-a açıqlamasında politoloq Qabil Hüseynli Fransada baş tutan bu seçkiləri əslində, Qərb diplomatiyasının qələbəsi və Rusiyanın məğlubiyyəti kimi dəyərləndirdi:

“Bildiyiniz kimi, Putin administrariyası Fransadakı seçkilərdə gizli və ya açıq şəkildə ultrasağların namizədi xanım Le Penə dəstək verirdi. Bu da ondan irəli gəlirdi ki, Le Pen Fransanın Avropa İttifaqından çıxması və Rusiyaya yönələn sanksiyaların aradan qaldırılaraq, Moskva ilə daha sıx əlaqələr qurulmasının tərəfdarı qismində çıxış edirdi. Yəni ultrasağların liderinin bu mövqeyi əslində, Rusiyanın maraqlarına cavab verən mövqe idi. Lakin gördüyünüz kimi Rusiya bu məsələdə də uduzdu. Deyərdim ki, hətta Moskva Fransadakı seçkilərin nəticələrindən əməlli-başlı məyus oldu. Çünki onların “stavka” etdiyi Le Pen ikinci turda sarsıdıcı məğlubiyyətə uğradı. Makron qalib gələrək Fransanın öz mövqeyində 180 dərəcə dönüş etməsinə imkan vermədi. Bu qələbə həmçinin gözlənilən idi. Çünki birinci turda məğlub olanların əksəriyyəti, sosialistlər, respublikaçılar ikinci turda öz səslərini məhz Makrona verdilər. Seçkinin nəticəsi onu da göstərdi ki, fransız xalqı özlərini Avropa Birliyindən kənarda görmək istəmir. Ona görə Makronun qələbəsinə həmçinin Avropa Birliyinin qələbəsi kimi də baxmaq lazımdır. Onun nəticəsidir ki, bu qələbəni AB rəsmiləri də sevinclə qarşılayıblar. Fikrimcə, Makronun dövründə də Parisin AB ilə münasibətlərində yürütdüyü əvvəlki siyasət davam edəcək və Napoleonun vətəni bu qurumun aparıcı ölkələrindən biri olaraq qalacaq. Bir sözlə, Fransada baş tutan seçkilər deyərdim ki, həmçinin AB-nin də mövqelərinin möhkəmlənməsinə xidmət edən bir seçkidir. Hər halda bu seçkilərlə Fransa özünün demokratik düşərgə ilə bir cərgədə olduğunu növbəti dəfə təsdiq etdi”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv