!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Makronun qərarı Fransa birjasını çökdürdü

!Reklam – Yazi

Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi Renessans partiyasının Avropa Parlamentinə səsvermədə uğursuzluğu, bu səbəbdən dövlət başçısının parlamenti buraxaraq erkən seçki təyin etmək qərarı yerli fond bazarında çöküşə səbəb olub.

Yenicag.az xəbər verrir ki, “Euronext” Paris birjasında yer alan 40 ən böyük şirkət səhmlərinin daxil olduğu CAC 40 indeksi bazar ertəsi 2,37% azalaraq 7 812,52 bənd təşkil edib. İndeksin aşağı düşməsi “BNP Paribas”, “Societe Generale” və “Credit Agricole” böyük fransız banklarının səhmlərinin dəyərinin kəskin mənfi dinamikası ilə əlaqələndirilir. Bu səhmlər 4 faizdən 7,5 faizədək dəyər itiriblər.

Fransanın 10 illik dövlət istiqrazları da ucuzlaşıb – təxminən 3,19%./Oxu.az/

COP29

www.yenicag.az

180
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv