Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib.
Yenicag.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev zədəli olduğu üçün heyətdən çıxarılıb.
O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.
www.yenicag.az