!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Malayziyada FETÖ əməliyyatı: Gülənin 2 yaxın adamı həbs olundu

!Reklam – Yazi

Malayziya dövlət təhlükəsizliyini əsas götürərək, FETÖ terror şəbəkəsinin bu ölkədəki 2 mühüm təmsilçisini həbs edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Malayziyanın Baş Polis Təşkilatı ölkədə fəaliyyət göstərən FETÖ terror şəbəkəsinin mühüm şəxslərindən sayılan Turqay Karaman və İhsan Aslanın həbs edildiyini bildirib.

Malayziya Baş Polis Təşkilatının sədri Halid Ebubekrin sözlərinə görə, Karaman və Aslan dünən axşam saatlarında bu ölkənin Cinayət Məcəlləsinin 130-cu maddəsinin tələblərinə uyğun olaraq həbs edilib.

Məlumata görə, FETÖ ilə müntəzəm əlaqə saxlayan Karaman Malayziyada bir məktəbə rəhbərlik edib. Adları çəkilən şəxslərin həbs olunmalarına dair rəsmi məlumat açıqlanmazdan əvvəl onların qaçırıldığı iddia olunur.

Yeniçağ.Az

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv