Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Maqnit qasırğası olacaqmı? - Kosmik hava durumu

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Yenicag.az-a verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində hələlik nömrələnməyən az fəal oblast meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər Tac kütlə müşahidə olunmayıb.

Elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub.

Hesabat dövründə ACE kosmik gəmisindən əldə olunan məlumatlar əsasında demək olar ki, Günəş küləyi üçün sakit şərait hökm sürür. 8 yanvarda ümumi maqnit sahəsində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir.

Proqnoz dövründə (09 – 11 yanvar) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Dövr ərzində, geomaqnit sahədə ümumən sakitlik davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı 09 yanvar tarixində 5%-dən, 10 və 11 yanvar tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

www.yenicag.az

401
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100