Marius Vizer Bakıya gəlir – Yenicag.Az

Reklam

Reklam

cudoBeynəlxaq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıya gəlir.

Rumıniyalı funksioner paytaxtda İJF-nin hakimlər və məşqçilər üçün keçirəcəyi beynəlxalq seminarına qatılacaq.

Yanvarın 6-da start götürəcək seminarda 99 ölkədən 370 nümayəndə iştirak edəcək. İki gün davam edəcək tədbirdə İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri də yer alacaq. Seminarda məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdır.

Heydər Əliyev adına İdman Sarayında keçiriləcək seminara saat 09:30-da start veriləcək.

Tədbir İJF və Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı, eləcə də Youtube kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Marius Vizerin səfər çərçivəsində rəsmi görüşlərdə də iştirakı nəzərdə tutulub.(Report)

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.