Marsdan gələn nəhəng meteorit 5,3 milyon dollara SATILDI

media-hightechnic-468x90

Dünyada indiyədək tapılmış ən böyük Mars mənşəli meteorit Nyu-Yorkda yerləşən “Sotheby’s” auksionunda adı açıqlanmayan şəxsə 5,3 milyon dollara satılıb.

Yenicag.az xəbər verir ki, “NWA 16788” adlanan 24,5 kiloqramlıq meteorit Marsdan yerə düşmüş ən iri göy cismi sayılır. Əvvəllər tapılmış Mars daşları bir neçə qram və ya santimetr ölçüsündə olsa da, bu nümunə onlardan 70 faiz böyükdür.

Sözügedən meteorit 2023-cü ilin noyabrında Nigerin səhralıq Agadez bölgəsində aşkar edilib. Atmosferi keçərkən onun səthində şüşəyə bənzər bir təbəqə yaranıb. Alimlərə görə, meteorit Marsa asteroidin çırpılması nəticəsində kosmosa atılıb və bəzi hissələri həmin zərbə nəticəsində şüşəyə çevrilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600