!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Masallıda 50-yə yaxın ailə təxliyyə olundu

!Reklam – Yazi

11010616_900694083345585_1772565110643026218_n-601Bir neçə gündür ki, cənub bölgəsinə yağan güclü yağışın fəsadları hələ də davam edir.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bu gecə Masallının 3 kəndini su basıb. Təklə, Sığıncaq, Əhmədli kəndindən 50-yə yaxın ailə təxliyyə olunub.

Köçürülən ailələr hələ ki, qonşu kəndlərdə sığınıb. Belə ki, Təklə və Sığıncaq kənd sakinləri Çaxırlıya, Əhmədlidən zərər çəkənlər isə Təzə Alvadıya köçürülüb. Sakinlərin sözlərinə görə, güclü yağış hələ də davam edir.

Qeyd edək ki, eyni proses Lənkəran və Cəlilabadda da baş verir. Lənkəranda 50 ailənin təxliyyə olunduğu deyilir.

www.yenicag.az

440
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv