Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Maskalı şəxslər daxili işlər nazirinin keçmiş müavinini döydü

Bu gün Tbilisidə iki naməlum maskalı şəxs Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Gela Xvedelidzeyə hücum edib.

“Report” bildirir ki, G.Xvedelidzenin həyat yoldaşının verdiyi məlumata görə, hücum onların yaşadığı evin qarşısında baş verib. Gela Xvedelidze ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Fakt üzrə cinayət işi qaldırılıb, istintaq başlanılıb.

Qeyd edək ki, G.Xvedelidze bir neçə il əvvəl gizli videoçəkiliş ilə bağlı baş vermiş qalmaqala görə daxili işlər nazirinin müavini vəzifəsindən kənarlaşdırılıb.

Yeniçağ.az

www.yenicag.az

387