Maskalı şəxslər məktəbə hücum etdi

İki maskalı şəxs məktəbə hücum edib.

Yenicag.az xəbər verir ki, hadisə Rusiyanın Perm şəhərində baş verib. Məlumata görə, naməlum şəxslər bıçaqla 8 şagirdə və bir müəllimə xəsarət yetiriblər.

Hadisə yerinə aidiyyati qurumlar cəlb olunub. Cinayəti törədənlər saxlanılıb, yaralılar isə xəstəxanaya çatdırılıb.