!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Orta məktəblərdə PSİXOLOQ ÇATIŞMAZLIĞI: “Onlara xüsusi kabinetlərin verilməməsi...”

!Reklam – Yazi

“Məktəblərdə psixoloq çatışmazlığından savayı, onların fəaliyyəti ilə bağlı da bir sıra problemlər var”.

Bu fikirləri orta məktəblərdə psixoloq çatışmazlığının səbəblərini şərh edən təhsil eksperti Elşən Qafarov Yeniçaq.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, ölkənin ümümi orta və tam orta məktəblərində psixoloq ştatı olsa da, ibtidai məktəblərdə psixoloqların yardımından istifadə edilmir: “Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə psixoloq ştatı məktəblərdəki şagirdlərin sayı ilə müəyyən olunur. Qaydalara əsasən, 1000 nəfərə qədər şagirdi olan məktəblərdə 1, 1000-dən 3000-ə qədər şagirdi olan məktəblərdə 2, 3 mindən çox şagirdi olan məktəblərdə isə 3 psixoloq ştatı olmalıdır. Buna baxmayaraq, məktəblərimizdə psixoloq çatışmazlığı müşahidə edilir. Qeyd edim ki, məktəblərdə psixoloq çatışmazlığından savayı, onların fəaliyyəti ilə bağlı da bir sıra problemlər var. Son illərdə təhsil idarəetmə orqanlarında, Bakı şəhəri üzrə və regionlarda psixoloqlar müsabiqə yolu ilə işə qəbul olunurlar. Burada əsas üstünlük psixologiya üzrə təhsil almış şəxslərə verilir. Lakin bundan 5 il öncə işə götürülən psixoloqların çoxunun müvafiq təhsili yoxdur. Həmin şəxslər ixtisasdəyişmə nəticəsində həmin vəzifəni tutublar. Bunlarla yanaşı, digər ciddi problem məktəblərin çoxunda psixoloqlara xüsusi kabinetlərin verilməməsidir. Bu səbəbdən, bir sıra məktəblərdə psixoloqların öz vəzifələrini icra etmələri üçün münasib şərait yoxdu”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

1141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv