Maştağa yolunda qəza
Ötən gün saat 22.00 radələrində, Bakıda, Zabrat-Maştağa yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə ərazisində Zəngilan rayon sakini 1979-cu il təvəllüdlü Elşən Quluyev idarə etdiyi “Mitsubishi” markalı avtomobili yol kənarındakı ağaca vurub.
Sürücü aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Meyit maşından çıxarılıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi tərəfindən araşdırma aparılır. (anspress.com)