!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

MDB sammiti: Əliyevlə Paşinyan görüşə bilər - Nəticə nə olacaq? / ŞƏRH

Reklam: High Technic

Bugün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlət Birliyi (MDB) dövlət və hökumət başçılarının qeyri-formal sammiti keçiriləcək. Bu sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edəcək. Sammit çərçivəsində İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumat yayılıb.

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında bildirib ki, ölkəmizin uğurlu nəticənin əldə etməsi üçün İlham Əliyevlə Nikol Paşinyanın vasitəçilər olmadan görüşü baş tutmalıdır:

“Ehtimal olunanlardan biri də odur ki, bu görüş zamanı tərəflər arasında əsas müzakirə ediləcək mövzular sırasında Qarabağ münaqişəsinin nizamlanması, 2020-ci il 10 Noyabr və 2021- ci il 11 yanvar üçtərəfli bəyannamələrinin icrası olacaq. Əlbəttə ki, bu mövzuların müzakirəsi mümkündür. Lakin bu görüşdə də hansısa ciddi nəticənin əldə ediləcəyi o qədər inandırıcı görünmür. Çünki bu il ərzində tərəflərin iştirakı ilə artıq üçüncü görüş olacaq ki, hansısa əməli-praktiki addımların atılmasının şahidi ola bilmədik. Ona görə də sözügedən görüşün də hansısa uğurlu nəticə verməsi real görünmür.

Digər tərəfdən isə bu görüş qeyri-formal sammit çərçivəsində baş tutur. Uğurlu nəticənin əldə edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın vasitəçilər olmadan görüşü ola bilər”.

Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə – Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.

Gülşən Şərif

www.yenicag.az

241
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100