Mədət Quliyev İranın təhlükəsizlik naziri ilə görüşdü

30554abcfa061e7c0c7758d4c4aa5e84Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İran İslam Respublikasına rəsmi səfəri zamanı dövlət başçısını müşayiət edən nümayəndə heyətinin üzvü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi ilə görüşüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, işgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəflər arasında terrorçuluğa, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin aparılması perspektivləri müzakirə olunub.