!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media ekspertinin anlaşılmaz tələbinə siyasi şərhçidən reaksiya: "Buna görə məhkəmə ilə hədələyirsə..." -

!Reklam – Yazi

“Ələsgər Məmmədli  sözügedən tələbi etməməlidir”.

Bu sözləri saytlardan birində gedən yazıda adı vurğulandığına görə media eksperti Ələsgər Məmmədlinin yazının silinməsini tələb edərkən sayt əməkdaşını məhkəmə ilə hədələməsinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, istənilən halda media qurumunu hədələmək düzgün yanaşma deyil:

“Ələsgər Məmmədli bu cür məsələlərdə adətən dözümlü mövqe sərgiləyir. Bilirəm ki, tənqidə açıq bir insandır. Əgər adı gedən bir yazıya görə saytı məhkəmə ilə hədələyirsə, bu, şəxsən mənim üçün anlaşılmazdır. Yəni bu hal qəbuledilməzdir. Digər tərəfdən, Ələsgər Məmmədli media və ifadə azadlığı məsələlərində kifayət qədər fəal bir şəxs olaraq, saytdan sözügedən tələbi etməməlidir. Çünki mediada bir məlumat yayımlandıqda qarşı tərəf razı deyilsə, təkzib verə bilər. Əgər yayılan məlumat yalandırsa, qanunvericiliklə həll etmək mümkündür. Lakin saytı məhkəmə ilə hədələmək doğru yanaşma deyil. Ümid edək ki, anlaşılmazlıq tezliklə çözülər”.

www.yenicag.az

481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv