!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Media haqqında qanunla Media Reyestrinə hücumlar - Məqsəd nədir?

!Reklam – Yazi

Ölkə ictmaiyyətinin başı Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücuma və İran tərəfinin bu terror aktını ört-basdır etmə cəhdlərinə qarışdığı bir zamanda kimlərsə “media səs-küyü” yaratmaq niyyətini işə saldı.

Media haqqında qanun qüvvəyə mindikdən və Media Reyestrinin başladılmasından sonra davam etdirilən prosesdə bu günə qədər cəmiyyətdə jurnalist adına qarşı müəyyən alçaldıcı baxış formalaşdırmış “media mənsubları” yeni qanunun onların hüquqlarını qısıtladığı, söz azadlığını pozduğu və özlərinin susdurulmasına hesablanmış addım olduğu yönündə fikirlər səsləndirməyə başladılar. Qanunun hüquq normalarının sistemli toplusu olduğunu unudan bu şəxslər mövcud sistemdə “jurnalist”lərə yer olmadığını anladıqlarındandır ki, dillərini qılınc, əllərini qalxan edib hücuma keçdilər. Əlbəttə, bu hücumların nəticəsinin nə olacağı bəllidir. Lakin burada əsas diqqət yetirilməli məqam nəticə yox, səbəbdir. Səbəb sualı isə açıq olaraq qalır.

Jurnalist fəaliyyətinin sistemləşdirilməsini, media mənsublarının hüquqlarının qorunmasını özündə ehtiva edən, jurnalist kimliyinin hamisi funksiyasını yerinə yetirən qanun və reyestrə qarşı hücumları bu günə qədər mövcud sistemin bərbadlığı haqqında açıqlamalar vermiş ekspertlərin də dəstəkləməsi təəccüblüdür. Bu ekspertlərdən biri də Ələsgər Məmmədlidir.

Maraqlıdır ki, qeyd etdiyimiz kateqoriyadan olan “jurnalist”lərin çağırışlarına qoşulan və onları kəskin və qərarlı şəkildə müdafiə edən Ələsgər Məmmədli məsələ ətrafında gedən müzakirələr zamanı adının çəkilməsinə sərt reaksiya verir, ona qarşı bitərəfliyə yol verildiyini söyləyir, məhkəmə kartını işə salaraq açıq təhdidə baş vurur. Bütün bunlar baş verərkən nədənsə Ə.Məmmədli mövzu ətrafında yazılıb-çizilənlərin də məhz söz azadlığı kateqoriyasına girdiyini ya unudur, ya da gözardı edir. MEDİA-ya qarşı açıq şəkildə savaş elan edən media ekspertinin əsaslandırması da obyektiv deyil, məntiqə sığmır. Ə.Məmmədli qeyd edir: “2022-nin sentyabrından Media Reyestrinin caynaqları itilənib və media subyektlərinə, jurnalistlərə sancılmağa başlayıb. Agentliyin yaydığı rəsmi məlumatda 160 müraciətin yalnız 120-nə müsbət cavab verildiyi bildirilib. Yəni, “biz sadəcə mövcud medianı nizama salırıq – vahid reyestr yaradırıq” deyilməsinə baxmayaraq, hər dörd müraciətin biri rədd edilib”. Hörmətli ekspertin fikrindən belə anlaşılır ki, “mən jurnalistəm” deyərək müraciət edən hər kəs reyestrə daxil edilməlidir. Mütəxəssis yuxarıdakı fikirlərilə media orqanlarından birinə verdiyi açıqlamada səsləndirdiyi düşüncələrini də inkar etmiş olur. Bataqlığın dərin və vahiməli olduğunu bildirən Ə.Məmmədli onu qurutmaq üçün mücadilə etmək lazım olduğunu xüsusilə vurğulayıb. Bəs nə üçün media eksperti bu mübarizənin hüquqi yolla aparılmasına ciddi cəhdlə qarşı çıxır? Həm də bu qarşıçıxmada elə bir ikibaşlılıq var ki, “jurnalist”lərin müdafiəsi səviyyəsinə qalxıb.

Üçüncü məsələ Ələsgər Məmmədlinin media haqqında qanunun “göydəndüşmə” olması fikrini iəli sürməsidir. Nədənsə, ekspert burada da qərəzə yol verərək obyektivliyi pozur və keçirilən dinləmələri yox sayaraq işin “oldu-bitdi”yə gətirildiyini müdafiə edir.

Bununla belə, media anlayışının yeni və hüquqi məna qazandığı bir vaxtda hüquqazidd və qanunsuz fəaliyyətlərinin cəzalandırılacağından, artıq əvvəlki dövranlarının keçməsindən narahatlıq duyan anarxiyapərəstlərin çağırışlarına səs verən ekspert və mütəxəssislərin qeyri-ciddi, təhqirəvaran kinayəli yazılarının “yersiz toz qoparma” olduğunu anlayacaqlarına ümid edirik.

Fikirlər, düşüncələr dəyişə bilər, lakin obyektivlik fikir-düşüncə yox, vicdan məhsuludur.

Ələsgər Məmmədli bu günə qədər obyektivliyini qoruyan ciddi ekspert hesab edilirdi. Ancaq ekspertdə son zamanlar çox ciddi dəyişiklik sezilir. Obyektivliyinə heç kimin şübhəsi olmayan Ələsgər Məmmədlinin müxtəlif zamanlarda tənqid etdiyi, “vahiməli” adlandırdığı radikal “jurnalist”lərin müdafiəsinə qalxması isə təəccüb və təəssüf doğurur.

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv