“Milli Book Cafe” hərbi və retro modellər sərgisinə ev sahibliyi etdi - FOTO/VİDEO

media-hightechnic-468x90

Kitab və sənət mühitini birləşdirən “Milli Book Cafe” AzerII Scale Models brendi ilə birgə Zəfər və Bayraq günləri ərəfəsində xüsusi sərgi təşkil edib.

media-d577ccf0-96b4-4982-9852-5129a1bd4a8e

Tədbirdə həm hərbi texnika modelləri, həm də retro avtomobil miniatürləri nümayiş etdirilib. Ziyarətçilər arasında gənclər, sənətsevərlər və modelləşdirmə həvəskarları xüsusilə fəallıq göstəriblər.

Yenicag.az xəbər verir ki, sərgidə İkinci Dünya müharibəsindən müasir dövrə qədər müxtəlif tank, zirehli texnika və klassik avtomobil modelləri yer alıb. Hər bir model orijinallarının xırda detalları, texniki quruluşu və dizayn xüsusiyyətlərinə uyğun şəkildə hazırlanıb.

Azərbaycan Modelistlər Klubunun sədri İlqar İsmayılov bildirib ki, tədbirin əsas məqsədi texniki yaradıcılığın təbliği və gənclərin bu sahəyə marağının artırılmasıdır:

“Bu modellərin hazırlanması həm də səbri, dəqiqliyi və texniki bilikləri tələb edir. Hər biri ustalıqla, aylarla davam edən zəhmət nəticəsində ərsəyə gəlir. Hazır modellərin qiyməti 1000–1500 avro arasında dəyişir,” – deyə o qeyd edib.

Sərgi ziyarətçilərinə modellərin hazırlanma mərhələsi, istifadə olunan materiallar və texniki yeniliklər haqqında da geniş məlumat verilib.

“Milli Book Cafe” nin rəhbəri Müşfiq Məmmədov bildirib ki, bu sərgi həm texniki yaradıcılığı, həm də milli qüruru bir araya gətirən dəyərli təşəbbüsdür:

“Zəfər və Bayraq günləri öncəsi belə bir tədbirə ev sahibliyi etmək bizim üçün böyük qürurdur. Milli ruhu yaşadan, gənclərin yaradıcılığını dəstəkləyən bu cür sərgiləri gələcəkdə də davam etdirmək niyyətindəyik,” – deyə o vurğulayıb.

Tədbirin sonunda modelləşdiricilər və qonaqlar arasında dostluq müzakirələri aparılıb, xatirə fotosessiyası keçirilib.

media-147ab551-05b7-4546-8966-608f40e09105

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa