Şəkidə avtomobil qəzası baş verib, xəsarət alanlar var

media-hightechnic-468x90

Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Şəki–Qax avtomobil yolunun İncə kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılardan iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Sıxılmış vəziyyətdə qalanların çıxarılması üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Hadisə yerinə həmçinin polis əməkdaşları və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası göndərilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa